waplog

“Instagram” istifadəçiləri arzuolunmaz abunəçiləri gizlicə silə biləcəklər


"Instagram" sosial şəbəkəsi abunəçilərin gizlicə silinməsi funksiyasını sınaqdan keçirir. Bu funksiya indi yalnız bağlı hesab sahibləri üçün əlçatandır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "rambler.ru" saytına istinadən yazır ki, "Instagram" sosial şəbəkəsi hazırda arzuolunmaz istifadəçilərin gizlicə silinməsi funksiyasını sınaqdan keçirir. Bu haqda öz "Twitter" mikrobloqunda "the Next Web"in tərtibatçısı Mett Navarra deyib. Hələ ki oxşar funksiya yalnız bağlı hesablar üçün əlçatandır.
 
Başqa istifadəçilər arzuolunmaz abunəçiləri "qara siyahı"ya əlavə etmək yolu ilə silir, yaxud öz hesablarını silməli olurlar. Yeni funksiyanın sınaqları uğurlu olduğu halda silinmiş istifadəçilər bu barədə bildiriş almayacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL