waplog

Smartfon kameraları üçün innovativ sensor təqdim olunub


Smartfonlar üçün fotomodulların ən böyük istehsalçılarından biri olan "Sony" şirkəti "IMX586" adlı yeni "CMOS" sensorunu təqdim edib. Şirkətin nümayəndəsi iddia edir ki, rekord təsvir ölçüsünə malik yeni sensor güzgülü kameraların modullarına rəqib olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, dərc edilmiş spesifikasiyalara əsasən, "IMX586" sensoru dünyada ən kiçik piksellərə (0,8 nanometr) malikdir. Bu, standart modulda 8000x6000  təsvir ölçüsündə (48 meqapiksel) şəkil çəkməyə imkan verəcək. Adətən pikselin ölçüsünün azaldılması çəkilişin keyfiyyətinə pis təsir edir, çünki ona daha az işıq düşür. Amma "Sony" şirkətinin mühəndisləri "Quad Bayer" adlı piksellərin yerləşməsi sxemi sayəsində bu məhdudiyyəti keçməyə müvəffəq olurlar.
 
Bundan başqa, şirkət kameranın modulunda ekspozisiyanın idarə edilməsi və siqnalın işlənməsi texnologiyaları sayəsində istifadəçilərə yüksək keyfiyyətli şəkillərə dair söz verib. Bu, sensorun dinamik diapazonunu 4 dəfə yüksəltməyə imkan verir.
 
Yeni modul bu ilin sentyabrında satışa çıxarılacaq, amma "Sony IMX586" əsaslı ilk qurğuların bazara çıxarılma tarixi hələ ki məlum deyil.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL