waplog

Qocalma əleyhinə preparat hazırlanıb


Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar.
  
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrinin laboratoriya sınağını keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən “yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər.
 
Məlumata görə, effekt AP39, AP123 və RT01 preparatlarının hidrogen sulfidi mitoxondriyə çatdıraraq qoca və zədəli hüceyrələrə uzunmüddətli fəaliyyət və qocalma proseslərinin zəifələdilməsi üçün lazımi enerjini hasil etməyə köməyi sayəsində mümkün olub.
  
Alimlər qeyd edir ki, göstərilən birləşmələr əsasında preparatlar təkcə uzunömürlülüyü artırmağa deyil, eyni zamanda onun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bundan başqa, onların sözlərinə görə, mitoxondriyə belə təsir ürəktutması və insult riskini azaltmağa imkan verəcək.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL