waplog

“Google” şirkəti “Android” sistemindəki boşluqları aradan qaldırıb


“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün planlaşdırılmış aylıq təhlükəsizlik yeniləmələrini çıxarıb. Yeniləmələr ümumilikdə 43 boşluğu aradan qaldırır. Bu boşluqlardan 6-sı kritik kimi qeyd edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, avqust ayında çıxarılmış təhlükəsizlik bülleteninə əsasən, lokal zərərverici proqramlara istifadəçinin iştirakı olmadan əlavə imtiyazlar əldə etməyə, həmçinin hakerlərə məsafədən kodu icra etməyə imkan verən boşluqlar daha təhlükəli hesab edilir.
 
“Android”in tərəfdaşları yeniləmələr çıxarılmazdan ən azı 1 ay əvvəl boşluqlar barədə xəbərdar ediliblər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL