waplog

Sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən süni intellekt hazırlanıb


"Google" şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech www.hightech.fm" resursuna istinadən yazır ki, patentin təsvir olunduğu sənədlərə görə, istifadəçi "Google Images" servisinə insanın fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adını, ev ünvanını, iş yerini və sevimli məşğuliyyətini tapacaq. Ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək.
 
Məlumata görə, servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar məhsulun final versiyasının buraxılmayacağı gözlənilir.  
 
Axtarış sistemi təkcə fotoşəkil və məlumatları nəzərə almayacaq, eyni zamanda şəxsi potensial ümumi dostları və ya maraqları olan digər insanların profillərində axtaracaq. "Google" mühəndislərinin qənaətinə görə, süni intellekt insanı 100 faiz dəqiqliklə müəyyənləşdirə biləcək.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL