waplog

“Zephyr” dronu 26 gün havada qalıb


"Airbus" şirkətinin "Zephyr" pilotsuz uçan aparatı havada 25 gün, 23 saat və 57 dəqiqə qalaraq uçuş müddətinə görə yeni dünya rekordu müəyyənləşdirib. Bu barədə şirkətin saytında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hightech www.hightech.fm" resursuna istinadən yazır ki, iyulun 11-də Arizonadan havaya qalxan "Zephyr" aparatlarından gələcəkdə hərbi kəşfiyyat və atmosferin tədqiqi üçün istifadə planlaşdırılır. Bundan başqa, pilotsuz uçan aparat təbii fəlakətlərə məruz qalmış ucqar ərazilər və ya yerlər üçün internet və peyk rabitəsi paylaya biləcək.
 
Məlumata görə, çəkisi 75 kiloqram təşkil edən "Zephyr" dronunun yükqaldırma qabiliyyəti 375 kiloqrama bərabərdir. Qanadlarının uzunluğu 25 metr olan pilotsuz uçuş aparatı günəş batareyaları ilə işləyir. Aparat 21 km hündürlükdə uçuşlar yerinə yetirə bilir.
 
Qeyd edək ki, pilotsuz uçan aparatlar arasında uçuş müddətinin əvvəlki rekorduna "Zephyr" aparat prototipi imza atıb – günəş batareyaları ilə işləyən iki elektromotorlu dron havada 2 həftə qalıb. 
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL