waplog

Yeni “Palm” smartfonu kompakt ölçülü olacaq


İnternetdə məşhur "Palm" brendli yeni smartfon barədə məlumatlar dərc edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra www.ferra.ru" resursuna istinadən yazır ki, "Pepito" kod adlı smartfonun istehsalçısı qismində "TCL Communication" şirkəti çıxış edəcək. Miniatür ölçüyə malik smartfon 720p təsvir ölçülü 3,3 düym diaqonallı "LCD" ekran və 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Yeni qurğunun aparat əsasını "Qualcomm Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək. Smartfon "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
 
Xatırladaq ki, bu, 2011-ci ildə nümayiş etdirilən "Palm Pre 3" modelindən sonra buraxılan ilk "Palm" smartfonu olacaq. Əvvəlki məlumatlara görə, ilk vaxtlar yeni "Palm" smartfonunun satışı ilə ABŞ-ın "Verizon" operatoru məşğul olacaq.
 
ABŞ-ın məşhur "Palm" şirkəti "Palm OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən miniatür fərdi kompüterlər və smartfonlar istehsal edib. 2010-cu ildə "HP" şirkətinə satılan istehsalçı müstəqil təşkilat kimi fəaliyyətini dayandırıb. 2014-cü ilin sonunda "Palm" brendi üçün hüquqlara Çinin "TCL" şirkəti sahib çıxıb. "Alcatel" və "BlackBerry" brendləri də "TCL" şirkətinə məxsusdur.  
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL