waplog

Çində internet istifadəçilərinin sayı 800 milyonu ötüb


Çin İnformasiya İnternet Mərkəzinin hesabatına görə, 2018-ci ilin 6 ayı ərzində ölkədə internet istifadəçilərinin sayı 3,8% (təxminən 30 milyon) artaraq 802 milyonu ötüb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, Çinin əhalisinin yalnız 58%-nin internetə çıxış imkanı var. Onların əksəriyyəti (98% və ya 788 milyon nəfər) mobil internetdən istifadə edir.
 
Noutbuk və ya kompüter üzərindən internetə çıxışı olan istifadəçilərin sayı 2017-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 4,1% və 1,3% azalıb.
 
Həmçinin mobil ödənişlərdən istifadə edən insanların sayı (2017-ci ilin sonu ilə müqayisədə 6% daha çox) artmaqdadır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL