waplog

“Gmail” elektron poçt xidmətində artıq avtomatik silinən məktublar funksiyası əlçatandır


“Google” şirkəti ona məxsus “Gmail” elektron poçt xidmətində avtomatik silinən məktublar funksiyasını istifadəyə verib. Bu haqda şirkətin saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, indi məxfi yazışma rejimində məktub oxunduqdan sonra avtomatik silinəcək. Bunun üçün məktubu göndərən onun (məktubun) silinmə tarixini (1 gündən 5 ilədək)  qeyd etməli və ya məktuba girişi bağlamalıdır ki, bunu da istənilən vaxt edə bilər.
 
Bu halda məktubu alan tərəf onu başqasına göndərə, köçürə, çap edə və ya müraciətin tərkibini köçürə bilməyəcək.
 
Lakin internet nəhəngi yazışmanın köçürülməsinin qarşısının tamamilə alınacağına zəmanət vermir. “Google” şirkəti poçta müdaxiləni və ya ekranın şəklinin çəkilməsini nəzərdə tutur.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL