waplog

Ramanı kəndində yeni “ONU” stansiyası tikilib


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakının kənd və qəsəbələrində vətəndaşların müasir telekommunikasiya xidmətlərindən istifadə etməsi üçün nəzərdə tutulan tədbirlər planının icrasını sürətlə həyata keçirir. BTRİB-in texniki direktoru Rəsul Qurbanovun “ictnews”-a verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq aeroport yolundan Ramanı kəndinə ayrılan yolun kəsişməsində Yeni Ramanı adlanan yaşayış sahəsində 1888 nömrə tutumlu yeni “ONU” (Optik Network Union - Optik Şəbəkə Nöqtəsi) tipli stansiyanın tikintisi həyata keçirilib. “ONU” stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir.
Rəsul Qurbanov bildirib ki, sözügedən avadanlıq istifadəçilərin telefon xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır.
Bu avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və keyfiyyətli şəkildə çatdırılmasını təmin edir. Qeyd edək ki, Bakıda geniş şəkildə tətbiq edilən bu avadanlıq dünya təcrübəsində özünü yüksək keyfiyyəti ilə doğruldub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL