waplog

“Huawei Mate 20 Lite” smartfonu rəsmən təqdim edilib


"Huawei" şirkəti Berlində keçirilən "IFA 2018" sərgisi çərçivəsində öz yeniliklərini təqdim etməyə davam edir. Yeni ucuz "Mate 20 Lite" smartfonu təqdim edilib.
 
6,3 düymlük diaqonala malik displeyin təsvir ölçüsü 2340×1080 piksel təşkil edir və tərəflər nisbəti 19,5:9-a bərabərdir.
 
"ICTnews" Elektron  Xəbər Xidməti "mail.ru" saytına istinadən yazır ki, korpusda 4 kamera yerləşdirilib: 24+2 meqapiksellik əsas kamera, 20+2 meqapiksellik ön kamera. Süni intellekt yaxşı şəkillər çəkməyə imkan verir: kadrın səhnə tipini avtomatik müəyyənləşdirir və optimal çəkiliş parametrlərini seçir.
 
Süni intellekt oyunların iş məhsuldarlığını optimallaşdırmaq və alış-veriş zamanı obyektləri müəyyənləşdirmək üçün istifadə olunur. Hətta kənar səslərin azaldılması üçün süni intellektdən istifadə olunur, rabitə ilə bağlı problem olduqda çağırışı avtomatik dayandırır. Rabitə yaranan kimi telefon çağırışlar siyahısındakı sonuncu kontakta avtomatik zəng vurur.
 
Aparat "Kirin 710" prosessoru ilə təchiz edilib, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili yaddaşa malikdir. Bundan başqa, 3750 milliamper/saat tutumlu akkumulyator və müasir "USB Type-C" konnektoruna malikdir. "Android 8.1 Oreo" sistemi əsasında "EMUI 8.2" interfeysinin idarəetməsi altında işləyir, "NFC" texnologiyası mövcuddur.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL