waplog

Bir müddət həm analoq, həm də rəqəmsal yayım olacaq


“Azərbaycanda televiziyaların rəqəmsal yayıma keçidi ilə bağlı noyabr ayında qərar veriləcək. Texniki məsələ olduğuna görə, hazırda bu işlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğuldur”. Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.
Şura sədri bildirib ki, yaxın günlərdə Azərbaycanın 85 faiz ərazisi rəqəmsal yayımla təmin olunacaq.
“Biz bu məsələ ilə bağlı, prezidentə müraciət etmişik. Əhalinin təxminən 500-600 min nəfər olan aztəminatlı təbəqəsinə dövlət tərəfindən yardım göstəriləcək. Hesab edirəm ki, biz bundan sonra heç bir problem olmadan rəqəmsal yayıma keçə biləcəyik. Bir müddət həm analoq, həm də rəqəmsal yayım olacaq”.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL