waplog

Dünyada səhradan keçən ilk yüksəksürətli dəmir yolu istismara verilib


Məkkədən Mədinəyə elektrikləşdirilmiş yüksəksürətli dəmir yolu xəttinin tikintisi başa çatıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu, səhradan keçməklə hərəkət edən dünyada ilk yüksəksürətli dəmir yolu xəttidir. Ərəbistan səhrası, Ciddə, Rabiq, kral Abdullanın İqtisadi şəhərindən keçən dəmir yolu xəttinin uzunluğu 450 km-dir.
 
Dəmir yolu rəsmən istismara verilib. Açılış mərasimində şahzadə Salman bin Əbdüləziz əs-Saud və vəliəhd Məhəmməd ibn Salman iştirak ediblər.
 
Məkkə və Mədinə şəhərləri arasında İspaniyanın “Patentes Talgo S.L” şirkətinin istehsalı olan sürət qatarlarından istifadə ediləcək. Bu model az enerji sərf etməklə saatda 365 km sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL