waplog

Bu il əhaliyə ötən ilkidən daha çox rabitə xidməti göstərilib


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox və ya faktiki qiymətlərlə 34,6 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hər nəfərə ÜDM istehsalı 3827,2 manat (4840,3 ABŞ dolları) təşkil edib.

Bu dövrdə informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 883,1 milyon manatlıq, yaxud ötən ildəkindən müqayisəli qiymətlərlə 11 faiz çox xidmət göstərib. Xidmətlərin 73 faizi bilavasitə əhaliyə göstərilib.

Mobil telefon xidmətindən əldə olunmuş gəlir 3,4 faiz artaraq 551,8 milyon manata çatıb və bütün gəlirlərin 62,5 faizini təşkil edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL