waplog

“iPhone” mesajları başqa adresatlara göndərir


“Apple” istehsalı olan smartfonların istifadəçiləri şirkətin messencerindən imtina edirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “iPhone” istifadəçiləri yeni “iOS 12” sisteminin istifadəyə verilməsindən sonra bu problemi aşkar ediblər: “iMessage” messencerində mesajlar başqa adresatlara göndərilir. Bu haqda “Forbes” məlumat verib.
 
İstifadəçilər “Reddit” portalında sözügedən messencerdə aşkar edilmiş səhvdən öz narazılığını bildirirlər. Onlar əmindirlər ki, bu problem əməliyyat sisteminin yenilənməsindən sonra meydana çıxıb. İndi istifadəçilər “iMessage” messencerinə etibar etmir, çünki mesaj başqa adresata göndərilə bilər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL