waplog

“Windows 10” sistemi “Android” əlavələrini dəstəkləməyə başlayıb


“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemini “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğulara inteqrasiya edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rueconomics” resursuna istinadən yazır ki, “Windows 10” sisteminin yenilənmiş “Windows 10 October 2018” versiyasının istifadəçiləri əvvəlcədən “Android” əməliyyat sistemi üçün yaradılan bütün əlavələri işə sala və yararlana biləcəklər.  

Məlumata görə, “Windows” iş masasında “Android” əlavələri yeni “Your Phone” proqramı vasitəsilə göstərilir. Onun köməyi ilə sənədləri bir qurğudan digərinə tez köçürmək mümkündür. Bundan başqa, kompüter mobil brauzerində lazımi saytları dərhal açmaq olar.

Bundan əvvəl məlum olub ki, “Google” şirkəti “Chrome” əməliyyat sisteminin idarəetməsi ilə işləyən və “Windows 10” sistemini dəstəkləyən planşet hazırlayıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL