waplog

Beynəlxalq Kosmik Stansiyada əczaçılıq tədqiqatları üçün çətənə yetişdiriləcək


ABŞ-ın “Space Tango” şirkəti mikroqravitasiyanın müxtəlif bitkilərin xüsusiyyətlərinə təsirinin tədqiqi ilə məşğuldur. Beynəlxalq Kosmik Stansiyada yerin məhdud olması ilə əlaqədar olaraq şirkət eksperimentlərin aparılması üçün bitkiləri mikrodalğalı soba ölçüsündə mikrolaboratoriyalarda yetişdirir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, bu dəfə isə “Space Tango” qravitasiyasız ətraf mühitin çətənə bitkisinin böyüməsinə və inkişafına təsirini müəyyənləşdirmək üçün tədqiqat aparmağa hazırlaşır.

Bildirilir ki, cücərtilərin çəkisizlik şəraitində becərilməsinin müşahidə edilməsi məqsədilə onların kosmik stansiyaya göndərilməsi planlaşdırılır.

Məlumata görə, çətənənin seçilməsi onun tibb və əczaçılıq texnologiyaları sahəsində əhəmiyyəti ilə əlaqədardır. Qeyd olunur ki, hazırda şirkət Beynəlxalq Kosmik Stansiyada quraşdırılan 2 mikrolaboratoriyaya malikdir və eksperimentlər üçün ildə 6 dəfə ora yeni avadanlıq və materiallar çatdırılır. Tədqiqatçılar mikroqravitasiya vasitəsilə səhiyyə və bitkilər biologiyası sahəsində gələcəkdə Yer kürəsində təkrarlanacaq elmi nailiyyətlərə nail olmaq niyyətindədirlər.   

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL