waplog

İnformasiya təhlükəsizliyi bazarında 45%-lik artım gözlənilir


"International Data Corporation" (IDC) analitiklərinin proqnozuna görə 2018-ci ildə qlobal informasiya təhlükəsizliyi bazarının həcmi 92,1 milyard dolları ötəcək, 2022-ci ildə isə bu göstərici 45% yüksələrək 133,7 milyard dollara yaxınlaşacaq. Kibertəhlükəsizlik üçün avadanlıq, proqram təminatı və servislərə sərf olunan xərclərin orta illik artım sürəti 9,9% səviyyəsində gözlənilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, analitiklər servisləri informasiya təhlükəsizliyi texnologiyaları bazarının ən böyük və sürətlə inkişaf edən kateqoriyası adlandırıblar. Cari ildə bu kateqoriyanın satış həcmi 40,2 milyard dollar təşkil edəcək.
 
Analitiklər proqram təminatını informasiya təhlükəsizliyinə sərf edilən xərclərin həcminə görə ikinci ən böyük kateqoriya adlandırıblar. Xərclərin həcminə görə bu kateqoriyada son qurğuların mühafizəsi üçün proqram təminatı lider olacaq.
 
Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL