waplog

Yeni “Google” qurğuları təqdim edilib


“Google” şirkəti Nyu-Yorkda keçirilən təqdimatda “Pixel 3”, “Pixel 3XL” smartfonlarını və “Pixel Slate” planşetini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, şirkətin vitse-prezidenti Rik Osterloh yeni qurğuların təqdimatı çərçivəsində bildirib ki, biz dünyada ən yaxşı kamera yaradaraq onu ən yaxşı “Pixel 3” smartfonuna quraşdırmışıq.

“Biz həm iş, həm də oyun üçün masaüstü kompüter gücünə və məhsuldarlığa malik planşet təqdim edirik”, - şirkət təmsilçisi “Pixel Slate” planşetinin nümayişi zamanı qeyd edib.

O, həmçinin əlavə edib ki, ev istifadəsi üçün şirkət “Google Home Hub” ağıllı ekranını hazırlayıb.

R.Osterloh yeni qurğuların texniki xüsusiyyətləri barədə məlumat verməyib.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL