waplog

Stiv Cobsun son sözləri


“The New-York Times” qəzeti Stiv Cobsun bacısı Mona Simpsonun qardaşının son saatları və onun ölməmişdən əvvəl dediyi sözlər haqqında hekayə dərc edib.

Ölümündən bir gün əvvəl “Apple” həmtəsisçisi bacısına zəng vurub və mümkün qədər tez ona baş çəkməyi xahiş edib. Stiv Cobs bu halda qeyd edib ki, o, öz ailəsini tərk etdiyinə görə çox təəssüflənir.

Mona Simpson Palo-Altoya gəldikdə Stiv Cobsun evində onun ailəsi, yaxın dostları və partnyorları olub. Şüuru itirməzdən əvvəl, o, uzun müddət həyat yoldaşına və uşaqlara baxıb. Bir müddətdən sonra Stiv Cobsun nəfəsi çox ağır və qırıq-qırıq olub. Ölümündən əvvəl o deyib: "OH WOW. OH WOW. OH WOW".

Stiv Cobsun valideynləri Əbdulfattah Candali və Coan Simpson uşağın doğulmasından sonra tezliklə ondan imtina ediblər. Sonra onların qızı doğulub. Həmin qız məşhur yazıçı Mona Simpson idi. Stiv Cobs bacısı ilə tanış olduqda o, artıq böyük idi. Stiv həm onunla, həm də bioloji anası ilə əlaqə saxlayırdı, lakin heç vaxt doğma atası ilə ünsiyyət saxlamayıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL