waplog

“ICANN” vəsait çatışmazlığı ilə üzləşib


İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers”  qeyri-kommersiya təşkilatı gəlirlərinin mümkün azalması ilə bağlı xəbərdarlıqla çıxış edib.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, bu, internetin zəifləməsinə səbəb ola bilər. Yeni maliyyələşmə mənbələrinin axtarışının zəruriliyi barədə təşkilatın strategiyasına həsr edilən telefon konfransı və onlayn təqdimat zamanı rəhbərlik nümayəndəsi bildirib.
 
“Bazarda möhkəmlənmə, yüksək səviyyəli domen adlarının qeydiyyatının sayında artım tempinin azalması, eləcə də ümumi yüksək səviyyəli domenlərlə əlaqədar qeyri-müəyyənlik “ICANN”-ın təşkilatı idarə edən qlobal cəmiyyətin artmaqda olan tələb və ehtiyaclarını dəstəkləmək imkanına təzyiq göstərir”, - təqdimatda qeyd olunub.  

“ICANN” nümayəndələrinin fikrincə, yaxın 5 ildə təşkilatın domenlərin satışından gəlirlərinin əvvəlki səviyyədə qalacağı və ya azalacağı halda mövcud çoxtərəfli idarəetmə modelinin dəstəklənməsi və yeni texnologiyalar üçün xərclər artmaqda davam edəcək. Vəsait çatışmazlığı ilə bağlı problemin həlli üçün “ICANN” xərclərin idarəetmə modelini və maliyyə planlaşdırmasını təkmilləşdirməyi düşünür.

Təşkilat, həmçinin təhlükəsizlik sisteminin və kibertəhdidlərlə mübarizənin yaxşılaşdırılması üçün yeni texnologiyaların tətbiqini vacib hesab edir. Məsələn, təşkilat blokçeyn, süni intellekt, “big data” və “Əşyalar interneti” texnologiyalarından istifadə imkanını nəzərdən keçirir.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL