waplog

Ən təhlükəsiz smartfon hansıdır?


“MarketWatch” təşkilatının ekspertləri dünyada ən təhlükəsiz smartfon kimi “iPhone” modelini seçiblər.

“ICTnews” Elektron Xəbər Xidməti “OANE” resursuna istinadən yazır ki, mütəxəssis Cessika Orteqanın sözlərinə görə, “Apple” şirkəti qurğuların kənar təsirlərdən mühafizəsi məsələsinə ciddi yanaşır və boşluqları aradan qaldırmağa çalışır. “Android” əməliyyat sistemi isə reklam şirkətləri üçün qurğuların məlumatlarını toplayaraq onları “Google” şirkətinin serverlərinə göndərir.  

“iPhone” modelinin təhlükəsizliyinə baxmayaraq ekspert David Qinzburq smartfonun aktivliyinin hər istifadəçi tərəfindən müstəqil şəkildə idarə olunmasını vacib hesab edir. Bu onunla əlaqədardır ki, hətta ən etibarlı qurğunun quraşdırılmış mühafizə sistemi istifadəçini mənfi nəticələrdən tam qoruya bilmir. O qeyd edib ki, smartfonun mühafizəsi bütün istifadəçilərin fərdi təhlükəsizlik amillərindəndir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL