waplog

Texnologiyalara ən çox töhfəni hansı universitetlər verir?


Stenford Universiteti “Reuters” agentliyinin tərtib etdiyi elm və texnologiyalara daha çox töhfə verən ali məktəblərin dünya reytinqində ardıcıl dördüncü dəfə birinci yeri tutub.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu (MIT), üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.

Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə Almaniya və Yaponiya (hərəyə 9) yer alıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL