waplog

“Android” sistemi üçün yeni təhlükəli virus aşkarlanıb


“Cisco” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri “Android” əməliyyat sistemi üçün yeni fırıldaqçı virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Mail.ru” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən “Gplayed” adlandırılan təhlükəli proqramın yaradılmasında cinayətkarlar rəsmi “Google Play” əlavəsinin surətini çıxararaq istifadə ediblər. Yüklənmədən sonra qurğunun ekranında “Google Play Marketplace” imzası ilə işarə görünüb.

Məlumata görə, inzibatçılıq hüquqlarına malik proqram kibercinayətkarlara qurğunu məsafədən idarə etməyə imkan verib. Onlar müstəqil şəkildə qurğunu bloklaya və ya onu zənglərin edilməsi və ya bildirişlərin göndərilməsi üçün istifadə edə biliblər. Qurğunun yaddaşında saxlanılan informasiya ilə yanaşı, əlavə ödəniş məlumatlarını oğurlayır.

Mütəxəssislərin sözlərinə görə, hazırda cinayətkarlar tərəfindən aktiv sınaqdan keçirilən yeni texnologiya gələcəkdə “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün ciddi təhlükə törədə bilər.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL