waplog

“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib


"Microsoft" korporasiyasının həmtəsisçisi Pol Allen çərşənbə axşamı 65 yaşında dünyasını dəyişib. Bu barədə onun "Vulcan Inc" şirkətinin saytında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti www.ria.ru" resursuna istinadən yazır ki, P.Allenin Sietldə bazar ertəsindən çərşənbə axşamına keçən gecə qeyri-Hodgkin lenfoması xəstəliyinin ağırlaşmasından vəfat etdiyi bildirilir.

ABŞ sahibkarı P.Allen 1975-ci ildə Bill Qeytslə birlikdə proqram təminatının hazırlanmasında (məsələn, Windows əməliyyat sisteminin) ixtisaslaşan "Microsoft" korporasiyasını təsis edib. O, bu il "Forbes" jurnalının dünyanın ən varlı adamları siyahısında 20,5 milyard dollarlıq var-dövlətlə 44-cü yeri tutub.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL