waplog

Beynəlxalq şirkətlərlə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda tədbir keçiriləcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC "Microsoft"və "Trend Micro" şirkətləri ilə birgə "Təhlükəsiz bulud infrastrukturu" mövzusunda konfrans keçirəcək. Tədbir "İnnovasiyalar həftəsi" çərçivəsində 30 oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
 
Konfransda "AzInTelecom" ilə "Microsoft"-un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365) barədə məlumat veriləcək.
 
Eyni zamanda, kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlüklər diqqətə çatdırılacaq.
 
Tədbirdə həmçinin "AzInTelecom"və"Trend Micro" şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılacaq.
 
Xatırladaq ki, "AzInTelecom" MMC-nin 2016-cı ildən istifadəyə verilən Data Mərkəzi Cənubi Qafqaz regionunda TIER III sertifikatı ilə təltif olunmuş yeganə data mərkəzidir. 2017-ci ildən data mərkəzi nəzdində infrastruktur əsaslı İT həllər təqdim etməyə başlayan "AzInTelecom" mərkəzin geniş imkanlarından yararlanaraq partnyor şirkətlərlə əməkdaşlıq çərçivəsində müxtəlif lisenziya və kibertəhlükəsizlik həllərini potensial müştərilərə təklif edir.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL