waplog

Yaponlar robota otağı qaydaya salmağı öyrədiblər


Yaponiyanın “Preferred Networks” şirkəti təmizləmə prosesini tamamilə avtomatlaşdıran robotları idarə edən sistem hazırlayıb. Sistem səsin tanınması texnologiyası, həmçinin qurğuya əşyaları təhlil etməyə, onları yerdən qaldırmağa və yeri yığışdırmağa kömək edən kompüter görmə texnologiyalarından ibarətdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nanonewsnet.ru” saytına istinadən yazır ki, robotun aparat hissəsi Yaponiyanın “Preferred Networks” şirkəti tərəfindən hazırlanmayıb, “Toyota” şirkətinin əlillərə kömək üçün tətbiq edilən “Human Support Robot” robotundan istifadə edilib, istehsalçılar proqram təminatı üzərində işləyiblər. Kompüter görmə sisteminin əsasını təxminən 2 milyon şəkil üzərində öyrədilən çox dəqiq işləyən neyron şəbəkəsi təşkil edir. Nəticədə sistem əşyaları tanıyır, bundan sonra robot onları müəyyənləşdirə, konkret əşyanı necə qaldırmaq və onu hara aparmağı təyin edə bilir. 

 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL