waplog

“Google” axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb


“Google” şirkəti axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb. İndi istifadəçilər tarixçəni silmək üçün hesab sazlamalarına daxil olmaq əvəzinə, əsas səhifədə "Google axtarış sistemində öz məlumatlarını idarə edin" linkinə keçid etməlidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, "axtarış sistemində aparılmış əməliyyatlar" bölməsində “Google” hesabında edilmiş bütün əməliyyatları görmək mümkündür. Həmçinin həmin yerdə proqramlar və axtarışın tarixçəsi, səsli idarəetmənin tarixçəsini tamamilə deaktiv etmək olar.
 
Kompüter və mobil qurğularda brauzerlərdə yeni imkanlar artıq əlçatandır. Yenilik “Google”un “iOS” və “Android” sistemləri üçün mobil tətbiqlərindən istifadə edənlər üçün yaxın həftələr ərzində əlçatan olacaq. Gələn il isə eyni məxfilik sazlamaları “Google”un "Xəritə" və başqa xidmətlərində əlçatan olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL