waplog

“WhatsApp” messencerində stikerlər əlçatan olacaq


“Facebook” şirkətinə məxsus olan “WhatsApp” messenceri, nəhayət ki, uzun müddət rəqib messencerlərdə mövcud olan stikerləri reallaşdırıb. Messencer komandası və kənar dizaynerlərin stikerlər dəsti yaxın həftələrdə sözügedən messencerin “Android” və “iOS” tətbiqindən istifadə edənlərə tədricən əlçatan olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “WhatsApp”ın nümayəndələri hesab edirlər ki, stikerlər messencerdə öz emosiyalarını “Giphy” xidmətindən “.gif” formatlı şəkillər və ya emojilərlə ifadə edə bilməyən şəxslər üçün əlavə bir vasitə olacaq. Mesaj yazılan  sətirdə stikerlərin göndərilməsi üçün yeni düymə olacaq. Həmin düyməyə sıxmaqla stikeri seçmək olar.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL