waplog

“Apple” şirkəti “MacBook”un ucuz versiyasını və yenilənmiş “iPad” təqdim etmək niyyətindədir


“Apple” şirkəti çərşənbə axşamı “MacBook” noutbukunun yeni ucuz versiyasını, “iPad” planşeti və “Mac” kompüterinin yenilənmiş versiyalarını təqdim etmək niyyətindədir. Bu haqda “Wall Street Journal” qəzeti məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, nəşrin məlumatına görə, “Apple” şirkəti “MacBook”un yenilənmiş ekran və daha sakit klaviaturalı yeni ucuz variantını təqdim edəcək.
 
Məlumata görə, “Apple”, həmçinin yenilənmiş prosessorla təchiz edilmiş “Mac mini” kompüterini və sifətin tanınması texnologiyasına malik yeni datçik və daha sürətli prosessorla təchiz edilmiş “iPad Pro” planşetini təqdim etmək niyyətindədir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL