waplog

Dünyada 1.5 milyard kompüter “Windows” sisteminin idarəetməsi altında işləyir


“Microsoft” korporasiyasının məlumatına görə, dünyada 1,5 milyard kompüter “Windows” sisteminin idarəetməsi altında işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bu, “iOS” sistemli qurğulardan (1,3 milyard “iPhone”, “iPad” və “iPod”) çox, amma “Android” sistemi ilə işləyən cihazlardan (təxminən 2 milyard) azdır. Şirkətdən bildirilib ki, dünyada mövcud olan fərdi kompüterlərin 76%-i “Windows 10” aktual əməliyyat sistemini dəstəkləyir, digərləri sistem tələblərinə cavab vermir. Dünyada təxminən 700 milyon istifadəçi “Windows 10” sistemindən istifadə edir.
 
Həmçinin “Microsoft”un nümayəndəsi bildirib ki, süni intellektin öyrənilməsinə 47 ölkədə 137 qrant ayrılıb.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL