waplog

Maye robot yaradılıb


Çin və Avstraliya alimlər qrupu darısqal yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, dərc edilən videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir.

Bildirilir ki, ixtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Ona gərginlik isə quraşdırılmış batareya vasitəsilə ötürülür.
Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları dəqiq çatdıra bilirlər.  

Gələcəkdə tədqiqatçılar ümid edir ki, qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir və buna görə insanları uçqunlar altından xilas edə biləcəklər.

“Maye robot”un prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.  

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL