waplog

10 giqabayt operativ yaddaşlı ilk smartfon satışa çıxarılıb


“Xiaomi” şirkəti ikinci nəsil “Black Shark” oyun smartfonunun satışlarına başlayıb. “Black Shark Helo” adlı model daha güclü proqram təminatı, yeni soyutma sistemi, loqotip və rəngli işıqlandırmaya malik yan tərəf zolaqları ilə təchiz edilib. İşıq effektləri oyundan asılı olaraq dəyişir.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, hazırda yalnız Çin bazarında satışa çıxarılan “Xiaomi Black Shark Helo” smartfonunun qiyməti yaddaş tutumuna görə dəyişir (6+128 giqabayt 459 dollar, 8+128 giqabayt 509 dollar və 10+256 giqabayt 602 dollar təşkil edir). 

Smartfon “Full HD+” (2160 x 1080 piksel) təsvir ölçülü 6 düym diaqonallı ekran, iki ön stereodinamik, “Qualcomm Snapdragon 845” prosessor və 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 12+20 meqapiksel, ön kameranın isə 20 meqapiksel təşkil edir.

Smartfon, həmçinin su soyutma sistemi ilə diqqəti cəlb edir. O, prosessorun temperaturunu 12 dərəcə azaltmağa imkan verən maye ilə doldurulmuş iki borucuqdan ibarətdir.

Bundan başqa, iki SİM kart və “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS+GLONASS” modemləri dəstəklənir, eləcə də “USB Type-C” çıxışı quraşdırılıb.

“Joy UI” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun ölçüləri 160 х 75,25 x 8,7 mm, çəkisi isə 190 qram təşkil edir.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL