waplog

“Apple” şirkəti “iPhone 5” smartfonunu köhnəlmiş qurğular siyahısına daxil edib


ABŞ-ın “Apple” şirkəti “iPhone 5” smartfonunu köhnəlmiş məhsullar siyahısına daxil edib. Bu haqda şirkətin saytında məlumat verilib.
 
Beləliklə, “Apple” daha bu modeli təmir etməyəcək, həmçinin zəmanət xidmətini və dəstəyi həyata keçirməyəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndəsi izah edib ki, ABŞ-da “iPhone 5” modeli köhnəlmiş hesab edilir, başqa ölkələrdə isə istismardan çıxarılmış kimi təsnif edilir.
 
Məlumat üçün bildirək ki, “Apple” şirkəti “iPhone 5” smartfonunu 2012-ci ilin sentyabrında təqdim edib. O vaxt bu model əvvəlki modellərdən 4 düymlük ekranı, monolit alüminium korpusu və son nəsil “A6” prosessoru ilə fərqlənirdi. Həmçinin sözügedən cihaz 3 mikrofon, 8 meqapiksellik kamera, “iOS6” sistemi, yüksəksürətli LTE şəbəkəsinə malik idi. Cihazın akkumulyatoru danışıq rejimində 8 saat və ya videoya baxış rejimində 10 saat avtonom işləyə bilirdi.
 
Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL