waplog

Mobil telefon şüası qaraciyər və ürək xərçənginə səbəb olur


Alimlər müasir smartfonların insan üçün ölümcül təhlükəli olmasını açıqlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWS.ru” resursuna istinadən yazır ki, onların sözlərinə görə, radiodalğalar qaraciyər və ürək xərçənginə səbəb ola bilər. Bu, “2G” və “3G” şəbəkələrini dəstəkləyən telefonlara şamil edilir.

ABŞ Milli Ətraf Mühit Gigiyenası İnstitutunun məlumatına görə, genişmiqyaslı tədqiqat ölkə bioloqları tərəfindən aparılıb.

Təcrübələrdə iki yüz laboratoriya siçovulu və siçanı iştirak edib. Gəmiricilər mobil telefon antenalarının təsirini imitasiya edən qəfəsdə yaşayıblar. Bəzi heyvanlar isə hələ bətndə ikən radiodalğaların təsirinə məruz qalıb.

Müxtəlif qrup gəmiricilər müxtəlif şüalanma dozaları alıb. Onların biri bir neçə ay, digərləri isə iki ildən çox belə şəraitdə yaşayıb. Tədqiqatdan məlum olub ki, bütün siçanlarda bədxassəli şişlər əmələ gəlib. Bundan başqa, paradoksal effekt aşkarlanıb – onlar radiodalğalardan uzaq olan “həmkar”larından daha uzun ömür sürüblər.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL