waplog

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi səfərdə olan Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb.

 

Görüşdə Azərbaycanla İran arasında telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə digər qonşu ölkələrlə (Türkiyə və Rusiya) birgə iştirak, təcrübə mübadiləsinin intensivləşdirilməsi, sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik,  kosmik sənaye, Azərbaycanın peyk resurslarından İranın istifadəsi, mobil rabitə və internet xidmətləri sahələrində əməkdaşlıq  perspektivləri müzakirə olunub.

 

Görüşdə, həmçinin İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsi, bunun üçün 4-7 dekabr tarixlərində keçiriləcək "Bakutel-2018" sərgi-konfransının əlverişli platforma olduğu qeyd edilib. 

 

İran tərəfi "Bakutel-2018" sərgisində İranın Milli pavilyonla təmsil olunacağını bildirib.

 

Kibertəhlükəsizliyin təmin olunmasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

 

Eyni zamanda, startap ekosisteminin inkişaf etdirilməsi sahəsində birgə təcrübə mübadiləsi  barədə də fikir mübadiləsi aparılıb.

 

Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclaslarında müzakirə olunması qərara alınıb.





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL