waplog

Bill Qeyts: “Microsoft” vaxtilə “Apple” şirkətinə kömək edib


Bu günlərdə çıxmış Stiv Cobsun avtobioqrafik kitabında “Apple” şirkətinin mərhum rəhbəri “Microsoft” şirkətinin banisi Bill Qeyts haqqında kifayət qədər sərt fikir bildirib.

Lakin Bill Qeyts Cobsun tənqidinə kifayət qədər mülayim reaksiya verir və qeyd edib ki, vaxtilə məhz o, Cobsa sonralar “Apple” şirkəti üçün əsas olmuş “Mac” kompyuterini ixtira etməyə kömək edib.

Stiv Cobs haqqındakı bioqrafik kitabda “Apple” rəhbəri Qeyts haqqında kifayət qədər sərt fikir bildirib, onu "mükəmməl qəribə adam", "lovğa" və "şəxsiyyət kimi bir sıra çatışmazlıqlara" malik olan bir şəxs adlandırıb.

Cobs hesab edib ki, Qeyts gənclik illərində həddindən artıq qapalı və özünə güvənən cavan insan olub. "Bilirsiniz, biz 30 ildən çox əməkdaşlıq etmişik.

Bu vaxt ərzində biz bir çox əla şeylər etmişik… “Apple” məhsulları qiymət nöqteyi-nəzərindən xeyli baha olduğundan demək olar, onlar əsas bazardan kənar idilər.

Demək olar, məhz “Microsoft” sayəsində “Apple” şirkəti məhsulların qiymətlərini endirməyə və onları kütləvi bazara daha yaxın etməyə başlayıb. Biz rəqib kimi bir-birimizə stimul verirdik" - Qeyts bildirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL