waplog

Supermarketlərdə robot arabalar əlçatan olacaq


“LG” şirkəti tərəfindən hazırlanmış “CLOi” adlı robot arabası  supermarketlərdə alıcılara alış-veriş etməkdə yardımçı olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, artıq supermarketlərin alıcıları içərisi məhsul dolu arabanı özləri ilə daşımalı olmayacaq. İndi kassaya yığılmış bütün məhsulları xüsusi robot daşıyacaq. Sözügedən yenilik ilk dəfə Cənubi Koreyanın “E-Mart” şəbəkəsinin supermarketlərində tətbiq ediləcək.
 
Yeni robotlar yalnız alıcılara alış-veriş etməkdə kömək etməyəcək, həm də alış-veriş prosesini daha da asanlaşdıracaq. "Ağıllı səbət”lərə məhsulların siyahısını göstərmək üçün displey, həmçinin ştrix-kodların oxunması və qiymətlərin təyin edilməsi üçün skaner inteqrasiya ediləcək. Bundan başqa, robot alıcıya lazımi məhsullardan ibarət stellaja gedən yolu göstərəcək.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL