waplog

“Microsoft” robot-fotoqraf yaradıb (VIDEO)


“Microsoft” korporasiyası “EDDİE” (Expandable Development Discs for Innovation and Experimentation) adlı fotoqraf-robot istehsal edib. “EDDİE” korporasiyanın robot bölməsi tərəfindən elektronika malları istehsalçısı “Parallax” şirkəti ilə birlikdə yaradılıb.

Televizor altlığını xatırladan qurğunun üstündə kompyuter (bu, noutbuk və ya planşet kompyuter ola bilər), onun üzərində simsiz “Kinect” kontrolleri, ən üstə isə fotoaparat quraşdırılıb.

“Kinect”-in, eləcə də beş – üç infrarəngli və iki ultrasəsli məsafə sensorunun köməyi ilə robot olduğu yerdə hərəkət edir və insanları tanıya bilir. Kadrda adam görünən kimi “EDDİE” onun təsvirini çəkməyə başlayır.

Aparat avtonom rejimdə 4-7 saat işləməyə qadirdir. Proqram təminatı qismində ötən ay buraxılmış “Microsoft Robotics Developer Studio 4 Beta” (RDS 4) sistemindən istifadə olunub.

“EDDİE” cari ilin dekabr ayının 1-dən etibarən satışa çıxarılacaq. Qurğunun dəyəri 1 249 dollar təşkil edəcək, lakin kompyuter, “Kinect” və fotokamera dəstə daxil deyil.



http://www.mincom.gov.az

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL