waplog

2030-cu ildə təqdim ediləcək “6G” şəbəkəsində sürət 1 TB/s-yə yaxınlaşacaq


“5G” şəbəkəsinin aktiv kommersiya istismarı 2019-cu ilə planlaşdırılıb. Artıq yeni nəsil şəbəkəsini dəstəkləyən ilk smartfonlar təqdim edilib. Bir neçə il sonra bu texnologiya dünyanın bütün regionlarında geniş yayılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ixbt.com” saytına istinadən yazır ki, bir neçə gün əvvəl Çinin Sənaye və İnformasiyalaşdırma Nazirliyində “5G” hazırlamalar bölməsinə rəhbərlik edən Syu Ksin bildirib ki, bu il konseptual mərhələdə “6G” texnologiyasının hazırlanması prosesinə  başlanılıb.
 
Onun sözlərinə görə, indi “6G” texnologiyası üzərində Çin, ABŞ, Rusiya, Avropa Birliyi ölkələri iş aparırlar. “6G” şəbəkəsində məlumatların ötürülmə sürəti nəzəri cəhətdən 1 TB/s-yə yaxınlaşa bilər. Əhatə dairəsinin yalnız Yer kürəsində deyil, həm də suyun altında əlçatan olması “6G” texnologiyasının özəlliyi olacaq.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL