waplog

“Ağıllı” istehsalat üçün “5G” standartı 2019-cu ildə yaradılacaq


"Samsung" şirkəti Seulda keçirilən "5G Vertical Summit 2018" tədbirində beşinci nəsil mobil rabitə (5G) sahəsində yeni standartların qəbul ediləcək vaxtını açıqlayıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, ötən ilin dekabrında "3GPP" konsorsiumu tərəfindən "5G" standartına keçid üçün aralıq halqa qismində istifadə olunan mövcud "4G Long Term Evolution" (LTE) texnologiyalarından istifadə edən "5G Non-Standalone" (NSA) standartı təsdiq edilib. Daha sonra "5G Standalone (SA) Release 15" standartı bəyənilib.

Məlumata görə, bu istiqamətdə növbəti addım isə "5G Release 16" spesifikasiyalarının qəbulu olacaq. Burada "ağıllı" istehsalat, internetə qoşulmuş nəqliyyat vasitələri, özəl şəbəkələr və korporativ infrastrukturlar üçün standartlar təsvir olunacaq. "5G Release 16" spesifikasiyasının hazırlanmasının 2019-cu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur.

Bildirilir ki, "Samsung" şirkəti "5G" sahəsində 2012-ci ildən tədqiqatların aparılması ilə məşğuldur. 2015-ci ildə şirkət "5G" şəbəkəsində ultrayüksəktezlikli diapazonda (mmWave) işləyən baza stansiyaları arasında ilk mobil rabitə seansını nümayiş etdirib. 2017-ci ildə "5G" şəbəkəsinin saatda 200 km/saat sürətlə hərəkət edən avtomobildə kommunikasiya imkanları təqdim olunub.

Məlumat üçün qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL