waplog

“Açıq məlumatlar” portalının ünvanı dəyişdi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin operatoru olduğu “Açıq məlumatlar” portalı yeni  domen ünvanında - http://www.opendata.az fəaliyyət göstərəcək.

Portalın əsas istifadəçilərinin proqramçılar olmasını nəzərə alaraq bildiririk ki, portalın ünvanının dəyişilməsi ilə bərabər, müvafiq olaraq xidmətlərin APİ linklərində də dəyişiklik edilib.

Dəyişikliyə uyğun olaraq aşağıdakı nümunəni göstərmək olar:

https://api.opendata.az/v1/json/nrytn/PostIndexRegionByStreetName/28%20May?pretty
Sahibkarlıq subyektləri onlara məxsus və qanunvericiliklə açıqlanması qadağan edilməyən məlumatlar portalda yerləşdirilməsi üçün təqdim edilə bilər.

Məlumat üçün bildirək ki, “Açıq məlumatlar” portalı dövlət qurumlarının fəaliyyəti zamanı formalaşan açıq məlumatları vahid məkanda toplayır. Bu məlumatlardan istifadə etməklə səmərəli proqram təminatlarının hazırlanması mümkündür. Bu günə qədər portalda olan məlumatlardan istifadə etməklə  20-yə yaxın mobil əlavə hazırlanaraq vətəndaşların istifadəsinə verilib.

Hazırda portalda məlumat dəstlərinin sayı 655-ə bərabərdir.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL