waplog

Yaponiyada hərəkət edən avtomobildə “5G” protokolu üzrə məlumatların ötürülməsi sistemi sınaqdan keçirilib


Yaponiyanın ən böyük rabitə operatoru “NTT DoCoMo” və “Mitsubishi Electric” şirkəti birgə hərəkət edən avtomobildə “5G” protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək.
 
"Binaların divarlarına qurulmuş baza stansiyalarının antenaları şüanı nəqliyyat vasitələrinin yuxarı hissəsinə qurulmuş mobil terminallara göndərir" – şirkətlərin nümayəndələri deyiblər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL