waplog

Naxçıvan MR-in telefon şəbəkəsi yeddirəqəmli nömrə sisteminə keçib


Naxçıvan Muxtar Respublikasının (NMR) ümumi telefon şəbəkəsi yeddirəqəmli nömrə sisteminə keçib. Yeddirəqəmli sistemə keçidin əsas məqsədləri NMR-in telefon sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də telefon şəbəkəsinin nömrə tutumunun artırılmasıdır.

Yeni nömrə sisteminə keçidlə əlaqədar NMR-in Şərur rayonunun telefon nömrələrinin "44"-lə başlayan (məsələn, 44-XX-XX) ilk iki rəqəmi 552 nömrəsi ilə (məsələn, 552-XX-XX) ilə əvəz edilib, "40"-la başlayan (məsələn, 40-XX-XX) Naxtel şəbəkəsinin telefonları "554" (məsələn, 554-XX-XX) ilə əvəz edilib. NMR-in ümumi telefon şəbəkəsinin bütün digər telefon nömrələri qarşısına "5" rəqəmi əlavə edilib.

Əlavə məlumat almaq üçün "209" nömrəli telefonla NMR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "qaynar xətti"nə zəng etmək olar.

 
Rayonların adları
Mövcud nömrə planı
Yeni nömrə planı
1
Babək rayonu
41-XX-XX
541-XX-XX
2
Şərur rayonu
42-XX-XX
542-XX-XX
44-XX-XX
552-XX-XX
3
Şahbuz rayonu
43-XX-XX
543-XX-XX
4
Culfa rayonu
46-XX-XX
546-XX-XX
5
Ordubad rayonu
47-XX-XX
547-XX-XX
6
Kəngərli rayonu
48-XX-XX
548-XX-XX
7
Sədərək rayonu
49-XX-XX
549-XX-XX
8
NAXTEL-stasionar telefonu
40-XX-XX
554-XX-XX
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL