waplog

“Full Wi-Fi” sistemi “Wi-Fi” şəbəkəsinin sürətini 25 faiz artıracaq


Britaniya startapı evdə quraşdırılan simsiz şəbəkələrin sürətini artıran həll təqdim edib. “Ağıllı disk”lərə əsaslanan “Full Wi-Fi” sistemi “Wi-Fi” şəbəkəsinin sürətini təxminən 25 faiz artırmağa imkan verəcək.  

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, söhbət simsiz şəbəkənin sürətini yüksəltmək üçün müxtəlif otaqlara yerləşdirilən qurğulardan gedir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, sistemin effektivliyi artıq tam sübut edilib.  

Şirkət təmsilçiləri bildirib ki, hətta ən bahalı və güclü müasir simsiz marşrutlayıcılar bəzən siqnalı qalın divarların içindən ötürə bilmir, eləcə də “Wi-Fi” siqnalının yayılmasına əngəl olan digər maneələr qarşısında aciz qalırlar. “Bu səbəbdən ev “Wi-Fi” şəbəkəsinin işində müəyyən nasazlıqlar yaranır”, – onlar vurğulayıb.
Məlumata görə, bütün bu problemləri həll etməyə imkan verən “Full Wi-Fi” sistemi təkcə qoşulma sürətini artırmır, eyni zamanda onu daha stabil edir.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL