waplog

“WhatsApp” messencerində audiomesajlar funksiyası dəyişəcək


“WhatsApp” messencerinin növbəti yeniləməsində audiomesajlar funksiyasında ciddi dəyişikliklər gözlənilir. Məsələn, istifadəçilər bir neçə audiomesajı bir mesaj kimi dinləmək imkanına malik olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, bunun üçün ən birinci audiomesajın üzərinə sıxmaq kifayətdir, bundan sonra digər audiomesajlar da avtomatik səsləndiriləcək. İndi artıq bəzi telefonlarda işləyən bu funksiya tezliklə bütün istifadəçilərə əlçatan olacaq.
 
“WhatsApp” – mobil və digər platformalar üçün mətn mesajları ilə ani mübadilə, səsli və görüntülü ünsiyyət üçün populyar pulsuz sistemdir. 2014-cü ildə “Facebook” şirkəti “WhatsApp”ı satın alıb və indi onun sahibidir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL