waplog

2018-ci ildə virtual və artırılmış reallıq qurğularının satışı azalacaq


"CCS Insight" tədqiqat şirkəti 2018-ci ildə virtual və artırılmış reallıq (VR/AR) qurğularının qlobal satış həcminin azalmasını proqnozlaşdırır. Lakin azalma uzun müddət davam etməyəcək və artıq 2019-cu ildə sözügedən bazar müsbət dinamikaya geri qayıdacaq, 2022-ci ilədək bu bazarın həcmi indiki ilə müqayisədə 6 dəfə artacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, cari ildə dünyada təxminən 8 milyon VR və AR qarnitur satılacaq ki, bu da ötənilki göstəricidən 2 milyon azdır.
 
Mütəxəssislər smartfonların köməyi ilə işləyən VR qurğuları azalmaya  səbəb kimi göstərirlər.


Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL