waplog

Dünyada məlumatların həcmi ildə 61% yüksələcək


“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2018-ci ilin sonunda dünyada məlumatların ümumi həcmi 33 zettabayta (1 Zbayt trilyon qiqabayta bərabərdir) yaxınlaşacaq. 2025-ci ildə isə bu göstərici 175 Zbayt təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə 9% daha yüksəkdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “175 Zbayt BluRay disklərə yazılsa idi, o zaman həmin disklərdən düzəldilmiş hündürlük Aya qədər məsafədən 23 dəfə çox olardı” – “IDC”-nin böyük vitse-prezidenti Devid Reynsel deyib. Yaxud 175 Zbayt məlumat hazırda ən tutumlu sərt diskə yazılsa, o zaman 12,5 milyard daşıyıcı lazım olacaq".
 
Tədqiqatçıların proqnozuna görə, qlobal miqyasda saxlanılan məlumatların həcmi ildə təxminən 61% yüksələcək. Bura məlumat mərkəzləri, kompüter, smartfon, “Əşyalar interneti” qurğuları, həmçinin mobil rabitə qüllələrində yerləşdirilmiş informasiya aiddir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL