waplog

“Nokia” şirkəti 2012-ci ildə ABŞ-da aktiv fəaliyyətə başlamaq niyyətindədir


“Nokia” şirkəti 2012-ci ilin əvvəlində Amerika bazarına qayıtmaq və burada bazarın əhəmiyyətli hissəsini tutmaq niyyətindədir. Bu barədə şirkətin baş direktoru Stiven Elop bildirib.

“Bloomberg” agentliyinə verdiyi müsahibəsində o bildirib ki, 2011-ci ilin sonuna kimi şirkət Avropa, Rusiya və Asiyanın bəzi ölkələrinin bazarlarında yaxın vaxtlarda elan edilmiş smartfonları təqdim edir, halbuki ABŞ-a “Windows Phone 7.5” əməliyyat sistemi ilə işləyən yeni “Lumia” smartfonları 2012-ci ildə gələcək.

"Bizim planımız rəqabətə davamlı olmaq və bazarlarda yaxşı qurğular təklif etməkdən ibarətdir. Hal-hazırda bizə bazarın əhəmiyyətli hissəsini tutmaq və qurğuları münasib qiymətlərə satmaq lazımdır" - Stiven Elop bildirib.

“Bloomberg” qeyd edib ki, “Windows Phone” platforması “Nokia” şirkəti üçün smartfon bazarında əhəmiyyətli hissə tutmaq üçün son şansdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL