waplog

Kibertəhdidlər üzrə proqnoz açıqlanıb


İnformasiya təhlükəsizliyinin təmini üçün “Fortinet” həllər istehsalçısı yaxın illər üçün kibertəhdidlərə həsr edilən tədqiqat dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin sözlərinə görə, əksər cinayətkar təşkilatlar hücum texnologiyalarını təkcə onların effektivliyinə görə qiymətləndirmirlər, eyni zamanda onların hazırlanması, modifikasiyası və tətbiqi üçün xərcləri nəzərə alırlar. Beləliklə, bir sıra hücumların qarşısının alınması üçün əməkdaşı əvəz etmək, proses və texnologiyaları modernləşdirmək kifayət edir. Təşkilatlar üçün daimi nəzarət və insanın iştirakını tələb edən yorucu və zəhməti çox olan işlərin görülməsi üçün həllərdən biri kompüter təlimi və avtomatlaşdırma kimi yeni strategiya və texnologiyaların tətbiqidir.

Məlumata görə, belə yeni strategiyalar kibercinayətkarların strategiyasına təsir göstərərək onları hücum metodlarını modernləşdirməyə və inkişaf üçün daha çox çalışmağa məcbur edəcək.

Hazırda kibercinayətkarlıq ekosistemi diqqəti əsasən insanlara yönəldir. Müəyyən məbləğdə ödəniş əsasında peşəkar hakerlər xüsusi eksploytlar və hətta, məsələn, “xidmət kimi fırıldaqçı proqramlar” hazırlayırlar.

Nizam Nuriyev 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL